Rusiya donanması bu ayın sonu ilk “Borey” sinfinə məxsus sualtı qayığı təhvil alacaq

Rusiya donanması bu ayın sonu ilk “Borey” sinfinə məxsus sualtı qayığı təhvil alacaq

Rusiya Hərbi Dəniz Qüvvələri bu ay ilk “Borey-A” strateji nüvə enerjisi ilə işləyən sualtı qayığı əldə edəcək. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkətin prezidenti Aleksey Rahmanov məlumat verib.

O bildirib ki, “Knyaz Vladimir” adlı gəmi aprelin sonunadək Rusiya donanmasına təhvil veriləcək.

Qeyd edək ki, "Borey" 9000 kilometr mənzilə sahib 16 ədəd qitələrarası ballistik raketlə təchiz olunmuş 4-cü nəsil sualtı qayıqdır.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az