İlon Maskın ikinci planetlərarası kosmik gəmisi də belə partladı (VİDEO)

İlon Maskın ikinci planetlərarası kosmik gəmisi də belə partladı (VİDEO)

SpaceX Amerika mühəndisi İlon Mask tərəfindən hazırlanan Starship planetlərarası kosmik gəmi prototipinin ikinci nümunəsi də bu il Texasda keçirilən sınaqlar zamanı uğursuzluqla nəticələnib.

Qaynarinfo xəbər verir ki, test aprelin 3-də LabPadre YouTube kanalında yayımlanıb.

Testlər Texasın Boka-Çika kəndinin yaxınlığında aparılıb. Prototip yerli vaxtla 2:07-də (Bakı vaxtı ilə 11: 07-də) partlayıb. Hadisə prototipdə maye azotun artırılması zamanı baş verib və nəticədə Starship SN3 partlayıb.

Fevralın sonlarında, eyni şərtlərdə, SpaceX-in başqa bir prototipi də partlayıb. 2019-cu ilin noyabr ayında isə Starship Mk1 Boka-Çikadakı eyni sınaq sahəsindəki testlər zamanı partlayışa məruz qalıb. Hadisə metan və oksigen üçün kriogen maye çənlərin maksimum doldurulması ilə bağlı sınaqlar zamanı baş verib. Prototipdən gəminin yuxarı hissəsi qoparaq sınaq sahəsinə düşüb.

Qeyd edək ki, SpaceX tam istifadə edilə bilən Super Ağır buraxılış vasitəsi və "Starship”dən ibarət kosmik uçuş sistemini təkmilləşdirir. Peykləri, heyətləri və yükləri həm Yer orbitlərinə, həm də Ay və Marsa çatdıra biləcəyi düşünülür. Gəminin 20 km yüksəklikdə ilk sınaq uçuşu dekabr ayına planlaşdırılıb.

Alpər

Mənbə: qaynarinfo.az