Koronavirusa qarşı yapon dərmanı arbidoldan daha təsirlidir

Koronavirusa qarşı yapon dərmanı arbidoldan daha təsirlidir

Ens.az saytı bildirir ki, Yapon dərmanı favipiravir, koronavirus infeksiyası COVID-19-un müalicəsində Sovet (Rus) arbidolundan daha təsirli olur. Çin həkimlərinin müvafiq araşdırmasına dair material medRxiv kitabxanasında dərc edilmişdir.

Tədqiqatda COVID-19 diaqnozu ilə stasionar müalicəyə cəlb olunmuş 236 nəfər iştirak edib. Həftə ərzində onlardan yarısı (116 nəfər) adi dərmanlardan əlavə favipiravir istifadə edərək müalicə alıb, ikinci qrup isə (120) bunun əvəzinə arbidol qəbul edib.

Bu müalicənin yeddinci günündə birinci qrupda sağalma nisbəti 71.43 faiz, ikinci qrupda isə 55.86 faiz olub. "Əvvəllər antivirus müalicəsi almayan COVID-19-a yoluxmuş adi xəstələrdə favipiravir üstünlük verilən dərman sayıla bilər" deyə müəlliflər yekun rəylərini bildiriblər.

Qeyd edək ki, mart ayında Fransız alimləri SARS-CoV-2 əleyhinə uğurlu dərman sınaqları apardıqlarını bildirmişdilər.

Elə həmin ay Çin Elm və Texnologiya Nazirliyinin nümayəndəsi Çjan Sinmin, Yaponiyanın Fujifilm Toyama Chemical şirkəti tərəfindən istehsal edilən favipiravir pereparatının qripin yeni ştamlarına qarşı olduğu kimi, koronavirus infeksiyasının müalicəsində də təsirli olduğunu bəyan etdi.

Mənbə: www.ens.az