Apple hakerə 75 min dollar pul ödəyib

Apple hakerə 75 min dollar pul ödəyib

Apple şirkəti iPhone kamerasında və MacBook-da boşluq aşkarlayan hakerə 75 min dollar pul ödəyib.

TED.az xəbər verir ki, hakerin proqram təminatında aşkarladığı boşluq smartfon və ya noutbukların kameralarını sındırmağa imkan verirmiş.

Aşkarlanan yeddi ədəd boşluğun üçün istifadəçini zərərli bir sayta girməyə məcbur edərək, dələduzun kameraya daxil olmasına imkan verirdi.

Mənbə: ted.az