Türkiyədə “Kargu-2” pilotsuz uçuş aparatını sınaqdan keçirib

Türkiyədə “Kargu-2” pilotsuz uçuş aparatını sınaqdan keçirib

Ankara, 4 aprel, AZƏRTAC

Türkiyənin Müdafiə Sənayesi İstehsalat Birliyi (SSB) əsasən terrorçuluqla mübarizədə istifadə üçün nəzərdə tutulan yeni “Kargu-2” pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı SSB-nin “Twitter” səhifəsində video paylaşılıb.

“Kargu-2”nin sınaq uçuşlarını əks etdirən videoda bildirilir ki, artıq təhlükəsizlik qüvvələrinə təhvil verilən yeni PUA kəşfiyyat məlumatları toplamaqla bərabər, partlayıcı daşımaq imkanına da malikdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

AZERTAG.AZ :Türkiyədə “Kargu-2” pilotsuz uçuş aparatını sınaqdan keçirib

Mənbə: azertag.az