Yaponiya bu dərmanı ölkələrə pulsuz verəcək

Yaponiya bu dərmanı ölkələrə pulsuz verəcək

Yaponiya yeni növ koronavirusun yayıldığı ölkələrə pulsuz "qrip dərmanı Aviqan" verəcəyini bildirib.

Metbuat.az xəbər verir ki, təxminən 30 ölkənin Yaponiyadan dərman yardımı tələb etdiyi bildirilib. Bir yapon firmasında istehsal edilən "Aviqan"ın klinik testlərdən keçirildiyi qeyd edilib. Dərmanın ölkələrə həm pulsuz, həm də ehtiyac olduğu qədər göndəriləcəyi açıqlanıb.

Qeyd edək ki, sözügedən qrip dərmanı Çində koronavirus xəstələrinin müalicəsində istifadə edilib və müsbət təsir göstərib.

Mənbə: ntv.com.tr

Mənbə: metbuat.az