"Çin alimləri virusun dərmanını tapıblar, hələki açıqlamırlar" - Məşhur türk cərrah DANIŞDI

"Çin alimləri virusun dərmanını tapıblar, hələki açıqlamırlar" -  Məşhur türk cərrah DANIŞDI

Çinin Vuhan şəhərində meydana gələn və bütün dünyaya yayılmış vəziyyətdə olan yeni növ koronavirus səbəbindən dünyada həyatını itirənlərin sayı 55 mini, yoluxanların sayı 1 milyon 100 mini keçib. Sürətlə yayılmaqda olan virusun müalicə üsulları ilə bağlı alimlərin çalışmaları davam edərkən, dünyaca məşhur ürək cərrahı prefessor Mehmet Öz virusla bağlı ümidverici açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Çin alimlərinin hazırladığı və adı hələ açıqlanmayan bir araşdırmanı video halında paylaşan Mehmet Öz bu araşdırmanın koronavirusla bağlı hər şeyi dəyişdirə biləcəyini deyib:

"Dünyanın hər yerindən alimlər koronavirusun müalicəsi üçün araşdırma aparırlar. Sürətli sağalmanı təmin etmək və virusun yayılmasının qarşısını almaq üçün bütün dünya birlikdə çalışırıq. Dərmanla müalicə "Covid-19" müalicəsində müsbət təsir göstərməyə başlayıb. Keçdiyimiz gün məşhur fransız həkimlə malyariya dərmanı və antibiotikinin birlikdə istifadə edildiyi "Hydroxychloquine" adlanan müalicəni müzakirə etmişdim. Fransız həkim 18 xəstə üzərində tətbiq etdiyi bu müalicənin xəstəliyin təsirini azaltdığını demişdi. Təbi ki, bu təsadüfən aparılmış bir təcrübə deyil. ABŞ da həkimlərə bu dərmanın istifadəsi üçün icazə verib. Bu böyük bir uğurdur.

Çinli alimlər yeni bir təcrübə keçiriblər. Onlarla görüşdüm. Xəstəliyin təsirini azaltmaqda çox əhəmiyyətli olduğunu düşünürəm. Virusun təsirini azaldaraq insanların həyatını qurtara bilərik. Vuhan şəhərində 62 xəstə üzərində aparılan bu təcrübə hələki heç bir yerdə yayımlanmadı. Ancaq dünya miqyasında bir virusla mübarizə aparıldığı üçün Çin alimləri bu araşdırmanı tibb işçiləri ilə paylaşdılar".

Sözügedən müalicə sayəsində qızdırmalı gün sayını 3,2 gündən 2,2 günə endirmək mümkün olduğunu deyən professor əlavə edib:

"Öskürəkli gün sayı isə 3,1 gündən 2 günə enir. Ən əhəmiyyətlisi isə pnevmaniyada sağalma dərmansız 54,8 ikən, 5 günlük müalicədən sonra sağalma faizi 80,6-ya çıxıb. Məncə bu nəticələr ümidvericidir".

Mənbə: Haberler.com

Mənbə: metbuat.az