Türkmənistan da koronaya görə hərəkətə keçdi

Türkmənistan da koronaya görə hərəkətə keçdi

Rusiyanın “Medsintez” şirkəti Türkmənistana koronavirusun müalicəsində istifadə edilən çoxlu sayda “Triazavirin” preparatı tədarük edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Xronika Türkmənistan” saytı yayıb. Bu məhsulların humanitar yardım olmadığı, onların Aşqabad tərəfindən pulla alındığı bildirilib.

Qeyd edək ki, bundan öncə Çin “Triazavirin”i alan ilk ölkə olub.

Mənbə: axar.az