Rusiya koronavirusa qarşı peyvəndi sınaqdan keçirəcək

Rusiya koronavirusa qarşı peyvəndi sınaqdan keçirəcək

Rusiya koronavirusa qarşı istifadə edilən dərmanın iyun ayından insanlar üzərində istifadə ediləcəyini bildirib.

Modern.az xarici KİV-ə stinadən xəbər verir ki, Rusiyada son həftələrdə koronavirusa qarşı hazırlanan dərmanın dünya ictimaiyyətinə yayımlanmasından sonra Vektor Dövlət Virusologiya və Biotexnologiya Tədqiqat Mərkəzinin prezidenti Rinat Maksyutov araşdırmanın təfərrüatları barədə Rusiya dövlət televiziyasına danışıb.

Peyvəndin laboratoriya işlərinin davam etdiyini deyən Maksyutov bəzi heyvanlarda testlərin tamamlandığını söyləyib:

“Laboratoriya mühitindəki işləri, sınaq testlərini bitirdikdən sonra aprelin sonuna qədər proseduru tamamlayacağımızı düşünürük. Elmi araşdırmaları davam etdirdikdən sonra, vaksin iyun ayında insanlarda sınaqdan keçirilməyə başlayacaq”, - deyə R.Maksyutov qeyd edib.

Mənbə: modern.az