Ukrayna şirkəti YARS atıcı qurğusunu təqdim edib

Ukrayna şirkəti YARS atıcı qurğusunu təqdim edib

Ukraynanın “UkrOboronProm” şirkəti 122 millimetrlik BM-21UM “Berest” Yaylım Atəşli Reaktiv Sistemin atıcı qurğusunun sınaqlarını tamamlayıb. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət atıcı qurğuların daxili və xarici sifarişlərini qəbul etməyə hazırdır.
Atıcı qurğular KrAZ-5401NE yük maşının şassisi üzərində qurulub. Nəqliyyat vasitəsinin maksimum sürəti 95 km/saatdır.
BM-21UM beş cərgədə hər birində 10 ədəd olmaqla 50 ədəd 3 metr uzunluğunda borulara malikdir.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az