ŞAMAXI RƏSƏDXANASI: Yerə yaxınlaşan asteroid dünyanı dağıdacaq?

ŞAMAXI RƏSƏDXANASI: Yerə yaxınlaşan asteroid dünyanı dağıdacaq?

Son günlər "Didymos” adlı asteroidin Yer kürəsinə yaxınlaşması barədə məlumatlar yayılmaqdadır. Yer planeti üçün yaratdığı təhlükəni aradan qaldırmaq üçün NASA-nın asteroidi kinetik zərbə vuraraq məhv edəcəyi də qeyd olunur.

Məsələ ilə bağlı AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Planetlər və kiçik səma cisimləri" şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi Redaktor.az-a açıqlamasında bildirib ki, asteroid Yer planeti üçün heç bir təhlükə yaratmır:

"Aprelin 29-u saat 12:30 radələrində yerin yaxınlığından keçəcək. Yerdən 30 min km aralı keçəcək asteroid yerlə toqquşmayacaq. Heç bir qorxusu yoxdur. O elə bir xüsusiyyətə malikdir ki, onu vurub dağıtmaq olmaz. Qaya çuxuru formasında olan bir maddədir. Adətən kometi vururlar. Çünki kometlər mürəkkəb kimyəvi tərkibə malik donmuş qazlardan, buz və tozlardan ibarət olur. Ona zərbə vuranda, buxarlanaraq öz yolundan çıxır. "Didymos” asteroidinin trayektoriyasi, hesablanması var və hesablama göstərir ki, 30 min km məsafədən böyük sürətlə keçib gedəcək. Qorxmağa səbəb yoxdur".

Sevda Ulutau / Redaktor.az

Mənbə: redaktor.az