“Ford” 49 min avtomobili geri çağırır

“Ford” 49 min avtomobili geri çağırır

Pekin, 5 aprel, AZƏRTAC

ABŞ-ın qabaqcıl avtomobil istehsalçısı olan “Ford” şirkəti Çindəki müştərək müəssisəsində istehsal olunan 49 minə yaxın avtomobili əyləc şlanqlarındakı nasazlıqlara görə geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Aprelin 7-də başlayacaq proses zamanı 2015-2017-ci illərdə istehsal olunmuş “Taurus” modellərini əhatə edəcək.

Bildirilir ki, “Ford”un Çindəki müştərək müəssisəsi olan “Changan Ford Automobile” nasaz detalları öz hesabına dəyişəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: azertag.az