Nəyə görə NASA ionlu mühərrik yaradır?

Nəyə görə NASA ionlu mühərrik yaradır?

Yer kürəsi hansı potensial təhlükədən qorunur?

Hazırda kosmosdan Yer kürəsi üçün real təhlükə yoxdur. Lakin NASA alimləri və ESA nə zamansa, bu təhlükənin olacağını inkar etmir. Buna görə də, Yer kürəsini mümkün asteroid təhlükəsindən qorumaq üçün bütün vasitələrdən istifadə olunur.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Scince Alert" məlumat yayıb.

Məlumata görə, bu məqsədlə də 2021-ci il iyul ayının 22-də NASA kosmosa DART (Double Asteroid Redirection Test) missiyalı peyk buraxacaq. Buraxılacaq demo versiyalı peyk asteroid ərazisini tədqiq edərək, kinetik zərbələri öyrənəcək. Əsas öyrəniləcək hədəf isə iki asteroid sistemi olan Didymos-dur. Alimlərin fikrincə, bu asteroid Yer kürəsi üçün potensial təhlükədir.

DART-ın uçuşu iki ay çəkəcək. Sentyabr ayının 22-də Didymos bizim planetimizdə 11 milyon kilometr uzaqlıqda yerləşəcək.

Bu qədər uzaq məsafəyə uçuş üçün NASA ionlu mühərrik Evolutionary Xenon Thruster - Commercial istifadə edəcək. Bu mühərrik digərlər raket mühərriklərindən olduqca fərqlənir - son dərəcə zəif dartma gücünə qadirdir. Eyni zamanda, yanacaq sərfiyyatı olduqca azdır. Kosmik aparatın idarəsi üçün Deep Space 1 və Dawn-dan istifadə ediləcək.

Milli.Az

Mənbə: news.milli.az