Britaniya kəşfiyyatından koronavirusla bağlı yeni versiya – virus Çindən yayılıb

Britaniya kəşfiyyatından koronavirusla bağlı yeni versiya – virus Çindən yayılıb

Britaniya kəşfiyyatı hesab edir ki, koronavirus Çin laboratoriyasından bir sızma nəticəsində meydana gəlib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ren TV “Daily Mail” nəşrinə istinadən yayıb.

Mənbə bildirir ki, bu virusun heyvanlardan insanlara keçdiyi istisna edilmir.

Çinin Uxan şəhərində sızıntının baş verə biləcəyi ən azı iki laboratoriya var: Virusologiya İnstitutu və Uxan Xəstəliklərə Nəzarət Mərkəzi.

Sonuncu heyvanlar, o cümlədən uçan yarasalar üzərində təcrübələr keçirib.

Amerikanın biologiya təhlükəsizliyi üzrə mütəxəssisi, professor Riçard Ebraytın sözlərinə görə, o, bu laboratoriyalardakı elm adamlarının heç bir təhlükəsizlik tələblərinə riayət etmədən virusları necə öyrəndiyini müşahidə edib.

Böyük Britaniya və Çinin rəsmi orqanları kəşfiyyat versiyasını qəbul etmirlər

Mənbə: konkret.az