Koronavirusa qarşı peyvənd niyə yoxdur? - Professor HƏR ŞEYİ AÇDI

Koronavirusa qarşı peyvənd niyə yoxdur? - Professor HƏR ŞEYİ AÇDI

“Koronavirus infeksiyasına qarşı ən təsirli qorunma peyvənddir. Bu, bütün yoluxucu xəstəliklərə aiddir”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Dövlət Büdcə Müəssisəsinin Tədqiqatlar üzrə Müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksander Qorelov “Жить Здорово!” verilişində deyib.

“Peyvənd bəşəriyyətə 25 il ömür verdi”, - deyə mütəxəssis açıqlamasında bildirib.

Qorelov bu xəstəliyə qarşı peyvənd hazırlamasını çətinləşdirən amillərdən söz açıb:

“Problem ondadır ki, onu sınaqdan keçirən yoxdur, koronavirusa həssas olan laboratoriya heyvanları yoxdur. Ümumilikdə dünyada 20 şirkət peyvəndlərin hazırlanmasında iştirak edir. Onlar arasından ən təsirli olanı istifadə edəcəklər. Düşünürəm ki, əl-ələ verərək koronavirus pandemiyası ilə mübarizə aparacağıq”.

Bundan əvvəl, türkiyəli mütəxəssislər peyvəndin uğurlu sınaqdan keçirildiyini bildirmişdilər. Onların sözlərinə görə, dərman artıq heyvanlarda sınanmış və antikor ifrazına müsbət təsir edir.

Aytən Məftun

Mənbə: publika.az