ŞAD XƏBƏR: Türklər koronavirusu izolyasiya etməyi bacardı

ŞAD XƏBƏR: Türklər koronavirusu izolyasiya etməyi bacardı

Türkiyəli alim professor, Aykut Özkul koronavirusu təcrid etməyi bacarıb.

Ankara Universitetinin Baytarlqı Fakultəsinin şöbə müdiri, Biotexnologiya İnstitutunun direktoru professor Aykut Özkul verdiyi açıqlamada bəyan edib ki, COVİD-19-u izolyasiya etməyi bacarıb. İnstitutun rəsmi Twitter səhifəsində “bu hələ başlanğıcdır. Qərarlı və əzmliyik” mesajı yayımlanıb. Türkiyəli alimlər Özkula təbrik mesajları göndəriblər.

Professorun elmi işinin məhz nədən ibarət olması barədə açıqlama verilməsə də, son dərəcə önəmli və sevindirici bir nəticənin əldə edildiyi bildirilib.

Bu addım virusun genomunun açıqlamasında əhəmiyyətli mərhələ ola bilər və onun törətdiyi xəstəliyin qarşısının alınmasında böyük rol oynaya bilər.

Mənbə: www.bizimyol.info