ABŞ dəniz piyada qoşunları yeni hərbi robotlar sifariş verib.

ABŞ dəniz piyada qoşunları yeni hərbi robotlar sifariş verib.

ABŞ Dəniz Piyadaları Korpusu “FLIR Systems” şirkətindən “Centaur” robotları sifariş verib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, şirkət 140-dan çox hərbi robot və ehtiyat hissələrinin hazırlaması üçün ABŞ ordusu ilə 18.6 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. ABŞ dəniz piyadaları robotdan partlayıcı qurğuların zərərsizləşdirilməsi məqsədilə istifadə edəcək.
Qeyd edək ki, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələri də şirkətdən 23 milyon dollar dəyərində 200 ədəd eyni robotdan sifariş verib.
Sevinc Əliyeva
Ordu.az 

 

Mənbə: ordu.az