“BMW” bu tarixədək avtomobil istehsal etməyəcək

“BMW” bu tarixədək avtomobil istehsal etməyəcək

Alman lüks avtomobil istehsalçısı “BMW”, Avropa və Şimali Amerikadakı fabriklərində nəqliyyat vasitələrinin istehsalının müvəqqəti dayandırılmasını 30 aprelə qədər uzadıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, “BMW”dən edilən açıqlamada, şirkətin Avropa və Şimali Amerika zavodlarında nəqliyyat vasitələrinin istehsalının dayandırılmasının yeni koronavirus (COVID-19) səbəbiylə aprelin 30-a qədər 2 həftə uzadıldığı bildirilib.

Digər tərəfdən, BMW Group, ilin ilk rübündə satışlarının 2019-cu ilin eyni rübü ilə müqayisədə 20,6 faiz azalaraq 477111 ədədə çatdığını bildirib.

İlk rübdə BMW satışları Çində 30,9 faiz, Avropada 18,3 faiz və ABŞ-da 17.4 faiz azaldığını qeyd edib.

“BMW”, həmçinin, Avropadakı pərakəndə satış mağazalarının təxminən 80 faizi və ABŞ mağazalarının 70 faizi COVID-19 pandemiyası səbəbiylə müvəqqəti bağlandığını açıqlayıb.

Mənbə: www.unikal.org