Rusiya "Generium" tibb məhsulları şirkəti Kovid-19 koronovirusunu müəyyən edən sürətli testi qeydiyyatdan keçiriblər.
Avropa.info xəbər verir ki, test nəticəsi 40 dəqiqəyə hazır olur, dəqiqlik isə 94%-dir. Rusiya Elmlər Akademiyasının professoru Andrey İvanovun sözlərinə görə, test analizlər mərhələlərini bir neçə dəfə azaltmağa imkan verir.
Qeyd edək ki, Rospotrebnadzor bu gündən etibarən Kovid-19 koronovirusunun evdə analizi xidmətini həyata keçirib. Xidmət pulludur, Moskva və Moskva ətrafı əraziləri əhatə edir.
Son məlumata görə, Rusiya 6300 nəfər virusa yoluxub, 47 nəfər ölüb.
Mənbə: avropa.info