Alim: Bu gedişlə Yer kürəsini son kütləvi fəlakətdən daha ciddisi gözləyir

Alim: Bu gedişlə Yer kürəsini son kütləvi fəlakətdən daha ciddisi gözləyir

Yer atmosferinə karbon qazının atıldığı miqdar o qədər yüksəkdir ki, bu, tezliklə planetdə fəlakətli vəziyyətə səbəb olacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda avstraliyalı alim Endryu Qlekson bildirib. Tədqiqatçı xəbərdarlıq edib: Tezliklə tədbir görülməsə, "Yer üçün fövqəladə vəziyyət" və planetin əksər hissəsinin həyat üçün yararsız hala düşəcək. Qlekson xatırladıb ki, buna qədər qlobal istiləşmənin nəticəsində atmosferdə karbon qazı artıb, bir sıra heyvanlar tələf olub.

Onun fikrincə, dünya indi insanların fəaliyyəti üzündən yox olmaq üzrədir, çünki karbon emissiyasının səviyyəsi dinozavrların öldüyü dövrlərə, yəni 65 milyon il əvvələ nisbətən xeyli artıb. Bununla yanaşı, alim qeyd edir ki, istixana qazlarının kütləvi şəkildə yayılması səbəbindən iqlim o qədər sürətlə dəyişir ki, heyvanların uyğunlaşmağa vaxtları qalmır.

Qlikson növbəti qlobal yoxolma nın başlanğıcını proqnozlaşdırdığını bildirib. BMT hesabatına görə, iqlim zonaları dəyişir və bu, məməlilərin 47%, quşların 25%-nə mənfi təsir edib. Əgər bu tendensiya davam edərsə, o zaman planetin əksər hissəsi həyat üçün əlverişsiz vəziyyətə düşəcək.

Tədqiqatçı əmindir ki, prosesi yavaşlatmaq üçün atmosferə karbon qazı tullantılarının miqdarını azaltmaq, həmçinin onun yox olması üçün texnologiyalar hazırlamaq və istifadə etmək lazımdır.

Mənbə: qaynarinfo.az