Apple iPhone 9 Çin pərakəndə satış saytına səhvən daxil edildi

Apple iPhone 9 Çin pərakəndə satış saytına səhvən daxil edildi

Apple, çox qısa müddətdə nisbətən əlverişli bir model ilə bazara çıxacağını gözlənilir. Yeni modelin adlandırılması ilə bağlı fikir ayrılığı olsa da, onun iPhone SE (2020) və ya iPhone 9 adlandırılacağı gözlənilir.

Çinin rəsmi Apple saytında model səhvən dərc olunub və dərhal yığışdırılıb.

Sayta iPhone 9 olaraq əlavə edilən model texniki xüsusiyyətlərini açıqlamasa da, 5G dəstəyinin mövcud olmadığını təsdiqləyir. Bu nöqtədə, bizə çox şey təklif etməsə də, yeni modelin tezliklə çıxacağını göstərir.

Həqiqətən, modelin 31 Martda təqdim ediləcəyi gözlənilirdi. Covid-19 səbəbiylə təxirə salındığı iddia edilən modelin gözlənilən təqdimat tarixi 15 aprel olaraq yeniləndi. Əlbətdə bu tarixin bir iddia olduğunu vurğulamaq lazımdır.

Yeni modelin 4.7 düymluq ekrana, Touch ID sensoruna, A13 prosessora, tək arxa kameraya sahib olacağı gözlənilir. Sızıntılar, bütün bu xüsusiyyətlərin 399 dollar ilkin qiymətə təqdim olunacağını göstərir.

Bəs siz bu modeldən nə gözləyirsiniz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.

Murad Koroğluyev

Mənbə: techland.az