Könüllülərin koronavirusla mübarizə səyləri

Könüllülərin koronavirusla mübarizə səyləri

Öldürücü koronavirusun yayıldığı bir vaxt 34 yaşlı nevroloq Maykl Vells yararlı olmaq istəyir.

"Virus biologiyası ilə məşğul olduğum üçün iştirak edə biləcəyim fürsətləri axtarırdım. Amma heç nə görmürdüm."

Qısa müddət sonra o, sosial mediada öz təcrübəsini bölüşmək üçün bütün elm adamlarına müraciət edir.

Vells bu günə qədər təxminən 7000 üzvü olan könüllülərin paylaşılan bir cədvəlini yığır.

"İstədiyimiz şey bu ölkənin hər bir səhiyyə işçisinin bu bazaya daxil olub və bununla istədiklərini edə biləcəyinə nail olmaqdır."

O deyir ki, EndCoronavirus.org kimi bəzi təşkilatlar artıq mənbəyə müraciət edir.

"Yaradıcı qərarlar qəbul edənlər buna baxıb deyə bilərlər ki, hazırda problemim nədir və iki, dörd həftə içində problemi necə həll edə bilərəm? Bəs bu qədər mənbələri çox insanın yaşadığım yerlərdə onlayn əldə edə biləcəyimə necə əminəm? Çərçivədən çıxıb, cavabların bir hissəsi olmaq istəyirsinizmi?" - deyə, EndCoronavirus.org könüllü kimi çalışan Kevin Şallert bildirib.

Səhiyyə işçiləri artan sayda xəstəni müalicə etmək üçün öz həyatlarını riskə atdıqları üçün Vellsın məlumat bazası indi kənarda olan digər mütəxəssislərə də mübarizəyə qoşulmağı təklif edir.

Mənbə: www.amerikaninsesi.org