İstifadə olunmuş tibbi maskalar ölüm yayır - Alimlərdən həyacan təbili

İstifadə olunmuş tibbi maskalar ölüm yayır - Alimlərdən həyacan təbili

HonqKonq Universitetinin və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklərİnstitutunun bir qrup mütəxəssisi COVID-19 koronavirusunun istifadə olunmuş tənzif maskalarında bir həftəyə qədər qalabildiyi qənaətinə gəliblər.

Sfera.az-ınməlumatına görə, Honq Konqun "South China Morning Post” nəşri xəbər verir ki,mütəxəssislər otaq temperaturunda müxtəlif səthlər üzərində virusundayanıqlığını araşdırıblar.

Həminaraşdırmaların nəticələrinə görə, çap və papiros kağızı üzərində virus üç saatdan az davam gətirir, emal edilmiş ağac və parça (standart pambıqlaboratoriya gödəkçəsi) üzərində isəikinci gün artıq yoxa çıxır. Şüşə və kağız əskinas üzərində ikinci gün dəgörünən virus, yalnız dördüncü gün tamamilə məhv olur, paslanmayan polad vəplastik səth üzərində isə dörd gündən yeddi günədək qalıcılığını saxlayır.Ekspertlərhəmçinin müəyyən ediblər ki, məişətdə istifadə edilən adi dezinfeksiyaedicivasitələr, o cümlədən də ağardıcı, virusun ”öldürülməsi”ndə effektlidir. Ammaonların fikrincə, yoluxmadan qorunmağın ən sadə və etibarlı yolu əllərinyuyulması və dezinfeksiya edilməsidir.

Elmadamları tövsiyyə edir: "Özünüzü qorumaq istəyirsinizsə, sadəcə gigiyenaqaydalarına riayət edin". Onlar əlləri mümükün qədər tez-tez yumağı və əlləridezinfeksiya etmədən üzünüzə, gözlərinizə, ağzınıza, yaxud burnunuzatoxunmamağı məsləhət görürlər.

Selcan

Sfera.az

Mənbə: sfera.az