YouTube 5G ilə bağlı bu videoları silir

YouTube 5G ilə bağlı bu videoları silir

YouTube koronavirusun 5G-dən qaynaqlandığını irəli sürən videoları silməyə başlayıb.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, COVID-19 pandemiyası ilə bağlı yanlış xəbərlərin və 5G baza stansiyalarının koronavirusa səbəb olduğu iddialarının artmasından sonra bu qərar verilib.


Platforma rəsmiləri şaiyələrin qarşısını almaq üçün "tibbi cəhətdən yanlış üsullar" daşıyan videoların yayımlanmasın blok qoyulacağını deyiblər. Ancaq bu addımın 5G ilə bağlı bütün konspirasiya videolarını əhatə etməyəcək.


Qeyd olunub ki, insanlara "zərər verəcək şəkildə" yanlış istiqamətləndirən kontentlərin yayımı dayandırılacaq. Beləcə, bu tip videolar daha az təklif ediləcək, axtarış zamanı tapılmayacaq v əreklam gəlirləri əldə edə bilməyəcək.

Mənbə: ted.az