Öskürək səsindən koronavirusa yoluxmanı təyin edən tətbiq hazırlanıb

Öskürək səsindən koronavirusa yoluxmanı təyin edən tətbiq hazırlanıb

Koronavirusa yoluxmanın təyini üçün müxtəlif yollar axtaran tədqiqatçılar öskürək səsi ilə sözügedən infeksiyanı ortaya çıxaran tətbiq hazırlayıblar.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kembridc Universitetinin COVID-19 Sounds tətbiqi istifadəçilərin nəfəs və öskürək səsini toplayır. Tədqiatçılar istifadəçinin daxil etdiyi hər məlumatın doğru olmadığını desələr də, onlardan son 14 gün ərzində koronavirus diaqnozu qoyulub qoyulmadığını soruşurlar.


Tətbiq istifadəçilərin yaşları, cinsiyyətləri, səhhətləri, siqaret çəkib çəkmədikləri və başqa suallara da cavab istəyir.

 

 

 

Universitetin Kompüter elmləri və texnologiyası fakültəsinin professoru Sesiliya Maskolo yetərincə məlumat toplandıqdan sonra sadəcə öskürək səsinin erkən daqnoza yetərli olacağını deyib.

Mənbə: ted.az