Çilidə 300-ə yaxın həkim koronavirusa yoluxub

Çilidə 300-ə yaxın həkim koronavirusa yoluxub

“Çili həkimlərin koronavirusa yoluxma sayına görə Latın Amerikasında Braziliyadan sonra ikinci ən böyük ölkədir. Bu günə qədər ölkədə 286 tibb işçisi yeni virusa yoluxub”.

Yenicag.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çilinin Səhiyyə naziri Xayme Manyaliç “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, çərşənbə axşamı səhər saat 9-da ölkədə həkimlərə dəstək aksiyası keçiriləcək, onların fədakar xidməti alqışlanacaq.

Xatırladaq ki, Çilidə 5115 nəfər koronavirusa yoluxub, onlardan 43 nəfəri dünyasını dəyişib.

Mənbə: yenicag.az