Avstraliyalı alimlər: Koronavirusu 48 saat içində məhv edən dərman tapmışıq

Avstraliyalı alimlər: Koronavirusu 48 saat içində məhv edən dərman tapmışıq

Avstraliyalı araşdırmaçılar bu qənaətə gəliblər ki, parazitlərə qarşı tibbdə istifadə edilən “ivermektin” preparatı hüceyrələrdə SARS-CoV-2 virusunun çoxalmasının qarşısını ala bilər.

“Antiviral Research” jurnalı yazır ki, onun bir dozası 48 saat ərzində virusun RNT-ni orqanizmdə məhv edə, 24 saat ərzində isə xeyli azalda bilər.

Araşdırma qrupunun rəhbəri Kayli Vaqstaf dərmanın həm parazitlərə, həm də viruslara qarşı yaxşı nəticələr göstərdiyini qeyd edib.

Hal-hazırda lazım olan dozanın miqdarının müəyyən edilməsi üçün preparat insanlar üzərində sınaqdan keçirilməlidir.

Alimlər araşdırmanın davam etdirilməsi üçün vəsait axtarır.

Mənbə: seherxeber.org