"Amazon" 100 min insanı işə götürəcək – koronavirusun bu şirkətə “ayağı düşdü”

"Amazon" 100 min insanı işə götürəcək – koronavirusun bu şirkətə “ayağı düşdü”

Yeni koronavirus pandemiyası səbəbiylə dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Amazon” ştatını genişləndirməyi və anbarlarında 100 minə yaxın işçini işə götürməyi və şirkətin müştəriləri üçün nəzərdə tutulmayan bağlamaların verilməsini müvəqqəti dayandırmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Mediada yayılan məlumatlara görə, “Amazon”un sahibi, dünyanın ən varlı adamı Jeff Bezos mağazaların işindəki məhdudiyyətlər və yeni koronavirus pandemiyası şəraitində təqdim olunan onlayn sifarişlərin kəskin artması səbəbiylə heyətini genişləndirir.

Nəşrin yazdığına görə, şirkət göndərmə kimi xidmətlərin müvəqqəti olaraq dayandırılmasına qərar verib. Paketləri digər şirkətlərin müştərilərinə çatdırmaq üçün “Amazon” yük maşınlarından istifadə etməyi planlaşdırır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az