Liviya hökuməti İordaniyanı Həftər qüvvələrinə PUA satmaqda ittiham edib

Liviya hökuməti İordaniyanı Həftər qüvvələrinə PUA satmaqda ittiham edib

BMT tərəfindən tanınan Liviya Milli Barışıq Hökuməti İordaniyanı feldmarşal Xəlifə Həftərə sadiq qüvvələrə Pilotsuz Uçuş Aparatı (PUA) satmaqda ittiham edib. Ordu.az xarici KİV-lərə istinadn xəbər verir ki, bu barədə Liviya Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına göndərilən məktubda məlumat verib.

O bildirib ki, satılan PUA-lar Çin istehsalı “Wing Loong” dronlarıdır. Qeyd olunub ki, dronlar martın 28-də Il-76TD yük təyyarəsi ilə Benqazidə təhvil verilib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az