Play Station 5 kontrolleri rəsmi olaraq təqdim olundu

Play Station 5 kontrolleri rəsmi olaraq təqdim olundu

PS5 konsolu üçün oyunçuların ən vacib aksesuarı olan kontroller rəsmi olaraq tanıdıldı. Kontroller əvvəlkinə nisbətən, vacib üstünlüklərlə təchiz edilmişdir.

PlayStation 5 kontrollerinin adı, DualSense olaraq təstiqlənmişdir.

Ağ rəngli bir mövzunu qəbul edən, joystick və mikrofon düyməsindən ibarət olan kontrollerin alt hissəsi qara rəngdədir. Sensor paneli hələ də mövcuddur və tətik düymələrində qara detallar var.

Artıq DualSense kontroller cihazında vibrasiya səviyyəsi daha yüksəkdir. Titrəmə səviyyəsi, ən yaxşı duyğunu vermək üçün oyun səhnələrinə uyğun olaraq tənzimlənir. L2 və R2 tətikləyici düymələr tətbiq etdiyiniz təzyiqə görə oyunlara təsir göstərir. Bunun üçün düymələrin bucağı biraz dəyişdirilib.

Əvvəlki nəsildə Share olaraq yer alan paylaşma düyməsinə indi Create adı verilib. Oyunçular öz oyun yayımlarını bu düymə ilə hər kəslə və ya özləri ilə paylaşa bilərlər. Ayrıca, quraşdırılmış dinamik və mikrofon sayəsində qulaqlıqsız söhbət edə biləcəklər.

Sony, DualSense və onun texnologiyaları haqqında daha ətraflı məlumatı gələcəkdə veriləcəyini bildirib.

Xəyal Məmmədəliyev

Mənbə: techland.az