Dünyanın sonu necə gələcək? - İlbəil baş verəcəklər

Dünyanın sonu necə gələcək? - İlbəil baş verəcəklər

Koronavirus dəhşətinin Yer kürəsini bürüdüyündən bəri insanları həyatın necə yox olacağı maraqlandırır. Lakin narahatlığa gərək yoxdur. Yer kürəsi və həyatın yox olmasına hələ minlərlə il var.

Publika.az dünyanı necə son gözlədiyini oxucularla tanış edir.

10 min il sonra

Qlobal istiləşmənin əksi olaraq dəniz səviyyəsi 3-4 metr qalxacaq. Bəzi elm adamlarına görə Yer kürəsində insan qalmayacaq.

13 min il sonra

Dünyanın şaquli əyriliyi tərsinə çevriləcək, bu da yaz və qışın yerini dəyişdirəcək.

15 min il sonra

Böyük Səhra tropik iqlimə sahib olacaq. Dünyanın ən böyük səhrası yoxa çıxacaq.

20 min il sonra

1986-cı il Çernobıl fəlakətindən sonra tərk edilən Ukrayna və Belarus bölgələri insan yaşayışı üçün ən təhlükəsiz yer olacaq.

36 min il sonra

Kiçik qırmızı planet olan “Ross 248” 3024 işıq ilində Günəşə ən yaxın ulduz olacaq.

50 min il sonra

Şimali Amerikanın şərqində, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi yox olacaq.

100 min il sonra

Qalaktikada ən böyük ulduz olan “VY Canis Majoris” partlayaraq yox olacaq. Dünyanın böyük hissəsi lava altında qalacaq.

200 min il sonra

Ulduz bürcləri artıq olmayacaq. Havay adalarındakı sualtı vulkan sürətlə yüksələrək okeanın mərkəzində ada yaradacaq.

300 min il sonra

WR 104, “Pinwheel” nebulasında yerləşən cüt ulduz sistemi yox olacaq. Bu partlayışla yaranan qamma şüaları Yer kürəsindəki bütün canlılar üçün təhdid yaradacaq.

500 min il sonra

Yer kürəsi qarşısıalınmaz 1 km uzunluğundakı meteoritlə toqquşacaq.

1 milyon il sonra

Dünya vulkanik partlayışlarla dolu olacaq və hər şey lava altında qalacaq.

2 milyon il sonra

1600 metr dərinliyi olan, ABŞ-ın Arizona əyaləti sərhədində yerləşən Böyük Kanyon daha da dərinləşəcək.

10 milyon il sonra

Afrika qitəsinin bir hissəsi materikdən qopacaq və ada olacaq.

50 milyon il sonra

Mars Fobos peyki ilə toqquşacaq. ABŞ-dakı San Andreas seysmik xətti San-Fransisko və Los-Ancelesi birləşdirəcək.

100 milyon il sonra

Dünya yox olacaq. Saturnun halqası da…

250 milyon il sonra

Dünyadakı qitələr dəyişəcək. Kaliforniya sahili Alyaska ilə toqquşacaq. Günəş sistemi Süd yolu çevrəsində bir dövrü tamamlayacaq.

600 milyon il sonra

Dünyada bitki örtüyü qalmayacaq.

800 milyon il sonra

Karbon dioksid səviyyəsi dünya miqyasında kəskin azalacaq. Oksigenin azalması ilə dünyada həyat yox olacaq. Bundan sonra yalnız birhüceyrəli bakteriyalar qalacaq.

1 milyard il sonra

Günəş daha dik bucaqla Yerə baxacaq. Okeanlar buxarlaşacaq.

2 milyard il sonra

Dünyanın nüvəsi ildə 1 mm sürətlə böyüyəcək. Xarici səth donacaq. Günəşdən gələn parçalar atmosferi yox edəcək.

3 milyard il sonra

Az ehtimal olsa da, Yerin ulduzlararası boşluğa düşməsi gözlənilir.

1 trilyon il sonra

Qalaktika yox olacaq.

Mənbə: publika.az