Huawei rəsmisi şirkətin gəlirini açıqladı

Huawei rəsmisi şirkətin gəlirini açıqladı

"Qlobal miqyasda telefon bazarına ikinci ən çox smartfon çıxaran şirkət Huawei-dir".

TED.az xəbər verir ki, bunu dünən keçirilən onlayn məbuat konfransında Huawei-in biznes üzrə baş direktoru Yu ChengDong deyib.

Onun sözlərinə görə, ötən il şirkət biznesdən 66 milyard dollar gəlir əldə edib: "Ötən il smartfon bazarına 240 milyon telefon satışa çıxarılıb. Huawei-in notbuk satışından əldə etdiyi gəlir 200% artıb. Daşınan cihazlar 170%, smart audio qurğularından gələn gəlir isə 200% artıb".

"Ötən il Huawei şirkəti tərəfindən cihazlarların araşdırılmasına 18,6 milyard dollar xərclənilib".

Mənbə: ted.az