“General Motors” süni tənəffüs aparatları istehsal edəcək

“General Motors” süni tənəffüs aparatları istehsal edəcək

ABŞ-ın aparıcı avtomobil istehsalçısı olan “General Motors” şirkəti koronavirusla mübarizəyə dəstək vermək üçün 30 min ədəd süni tənəffüs aparatı istehsal edəcək.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı ABŞ Səhiyyə və İnsanlara Xidmət Departamenti yayıb.

Məlumata görə, “General Motors” şirkətilə ilk razılaşma artıq həyata keçirilib.

Maliyyə həcmi 489.4 milyon ABŞ dollar olan razılaşmaya əsasən, sözügedən şirkət avqustun sonunadək 30 min ədəd süni tənəffüs aparatını təhvil verəcək.

Məlumatda istehsal proqramına əsasən, bu aparatların 6 132 ədədi 1 iyunadək təhvil veriləcək.

Əli Bədir

Mənbə: cebhe.info