"Apple" koronavirusla mübarizə üçün xüsusi maska icad etdi

"Apple" koronavirusla mübarizə üçün xüsusi maska icad etdi

Bir neçə gün əvvəl "Apple" şirkətinin, dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçiləri üçün yeni vasitələr hazırlayacağı xəbəri bütün internetə yayılmışdır.

Open.az xəbər verir ki, həmin vasitələrdən biri də, "Face Shield" maskasıdır. "Apple" şirkətinin rəsmi saytında təqdim edilən bu maskadan istifadə qaydaları yerləşdirilib. Qeyd edək ki, bu ixtira tibb işçilərini viruslardan qoruyan əsl "mühafizə qalxanı" kimi çıxış edəcək.

İstehsalçı "Apple" maskalardan ehtiyyatla istifadə edilməsini tövsiyyə edir. Belə ki, maskaları yerə salmayıb, yüksək temperaturdan uzaq tutub, 70%-lik etil spirti ilə dezinfeksiya edərək daha uzun ömürlü istifadə etmək mümkündür.

"Apple" şirkəti hər həftə 1 milyon maskanı xəstəxanalara təhvil vermək niyyətindədir. İlk əvvəl "Face Shield" maskaları ABŞ xəstəxalarına, daha sonra isə digər dünya ölkələrinə çatdırılacağı deyilir. Maskalar bir qutuda 100 ədəd olmaqla təhvil veriləcək.

Günel Gözəlova

Mənbə: open.az