Myanma Çindən qısa mənzilli SY-400 ballistik raketlərinin ilk partiyasını alacaq

Myanma Çindən qısa mənzilli SY-400 ballistik raketlərinin ilk partiyasını alacaq

Myanma ordusu tezliklə Çin istehsalı olan qısa mənzilli SY-400 ballistik raketlərin ilk partiyasını əldə edəcək. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketlər artıq bir neçə ildir davam edən danışıqların nəticəsində təhvil alınacaq.

Qeyd edək ki, DF-12A sistemi də adlandırılan SY-400 sərt yanacaqlı mərmilərlə səkkiz konteynerə malikdir. Raketlər şaquli şəkildə atılır və təxminən 400 km məsafəyə malikdir. SY-400 müxtəlif növ döyüş başlıqlarından istifadə edə bilər.

Raket buraxılış qurğuları “Wanshan” 8x8 hərbi yük maşını şassisinin arxa hissəsinə quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az