“Növbəti addım ÜST-nin tövsiyəsi ilə hər kəsin  məcburi peyvəndlənməsi ola bilər...”- Amerika analitiki...

“Növbəti addım ÜST-nin tövsiyəsi ilə hər kəsin  məcburi peyvəndlənməsi ola bilər...”- Amerika analitiki...

“Qərar 2020-ci ilin yanvarında Davosda Dünya İqtisadi Forumunda- sıx bağlı qapılar arxasında qəbul edilib...”

ÜST-nin embleminə baxaq: mərkəzdə Musanın ilanı var və yanlardakı hər sünbüldə 13 sünbül - 13 yəhudi qəbiləsi... Dairədə sanki planet 33 sektora bölünüb - 33 dərəcəlik masonluq...

Bundan əlavə, dünya üzrə peyvənd etməyi tövsiyə edən ÜST Məşvərət Komitəsi isə peyvənd istehsal edən dərman şirkətlərinin nümayəndələrindən ibarətdir !!.

Əgər koronavirus pandemiyasına qarşı kütləvi peyvəndləmə başladılsa, bunun ardınca nə baş verəcək? Həmin peyvəndlərlə bərabər bədənlərimizə nano-çiplər yerləşdirilə bilərmi?

Bu ilin yanvarında Davosda bağlı qapılar arxasında müzakirə olunmuş “İD-2020” proqramının mahiyyəti nədən ibarətdir?

 

ÜST-nin koronavirusu pandemiya elan etməsi əsaslı oldumu?..

Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az tanınmış Amerika iqtisadçı və geosiyasi analitiki, Kanadada yerləşən Qloballaşdırmanın Öyrənilməsi Mərkəzininn (Centre for Research on Globalization [CRG] ) elmi əməkdaşı, Ümumdünya Bankının keçmiş mütəxəssisi Piter Köninqin “ABŞ-ın ölümcül “COVİD-19” silahı: Dünya əhalisinin azaldılması planı və “İD-2020”” adlı məqaləsindəki vacib epizodalrın tərcüməsini diqqətinizə çatdırır:

(Əvvəli burada:

https://www.moderator.az/news/318979.html )

“...Hazırda Çin xəstəliyi tam nəzarətə alıb. Və buna məşhur olmayan dərmanların köməyi ilə nail olunub. Onlardan biri də 39 il əvvəl Kuba tərəfindən hazırlanmış "İnterferon Alfa-2B (IFNrec)" adlı dərmandır. Həmin preparat viruslar və digər xəstəliklərlə mübarizədə çox təsirlidir, lakin çoxlarına məlum deyil və dünyanın qalan hissəsində istifadə edilmir. Çünki ABŞ Kubaya qarşı qeyri-qanuni embarqonun bir hissəsi olaraq həmin dərmanların beynəlxalq səviyyədə satılmasına icazə vermir...

Çox güman ki, ÜST "yuxarı”dan – Trampı, Avropa Birliyinin və üzv ölkələrinin “liderləri”ni də yönləndirən adamlardan - Vahid Dünya Düzəninin gücü ilə dünyanı idarə etmək istəyənlərdən sifariş alıb... Bu, onların "çertyoj lövhəsində" uzun illərdir ki, var. Məhz indi daha irəli getmək qərarı 2020-ci ilin yanvarında Davosda keçirilmiş Dünya İqtisadi Forumunda (DİF-“WEF”) qəbul edilib - əlbəttə ki, sıx bağlı qapılar arxasında...

Rəsmi bir pandemiya elan edildikdən sonra növbəti addım ÜST və ya ayrı-ayrı ölkələrin tövsiyəsi ilə - polis və və ya hərbçilərin nəzarəti altında Yer sakinlərinin zorakı peyvəndlənməsi ola bilər. İmtina edənlər cərimələr və və ya həbslə cəzalandırıla bilər. Yəni bütün hallarda hər kəs peyvənd olunacaq...

Həqiqətən məcburi bir peyvəndləmə baş tutacaqsa, bu, “Böyük Farma”(farmasevt-əczaçı mafiyası) üçün başqa bir bonus olacaq. İnsanlar isə peyvəndə gerçəkdən hansı növ “kokteyl” əlavə ediləcəyini bilməyəcəklər. Bu, yalnız bir neçə ildən sonra işləyəcək tədrici bir qatil və ya sonrakı nəslə təsir edəcək bir xəstəlik ola bilər. Yaxud beyni zəiflədən bir vasitə... Və ya qadınları sonsuz edən bir gen... Hər şey mümkündür. Daim əhaliyə tam nəzarət etmək və sayı azaltmaq üçün... Əlbəttə ki, bir neçə ildən sonra heç kim bu xəstəliklərin haradan gəldiyini bilməyəcək... Belə texnoloji səviyyəyə bizim ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Avstraliyadakı bioloji müharibə laboratoriyalarımız artıq çatıb...

Digər bir fərziyyə (bu anda yalnız bir fərziyyədir, lakin gerçəyə bənzərdir) peyvəndləmə ilə yanaşı, əgər bu dəfə olmasa da, daha sonrakı bir peyvəndlə aşılanmış şəxsin bilmədiyi halda bədəninə bir nanoçip yeridilə bilər. Həmin çipə bank hesabları - rəqəmsal pullar da daxil olmaqla bütün şəxsi məlumatlarınızı uzaqdan yükləmək mümkün olacaq. Bəli, rəqəmsal pul, bu onların can atdıqları şeydir... Bu halda siz həqiqətən, sağlamlığınızı və digər intim məlumatlarınızı, gəlir və xərclərinizi artıq idarə edə bilməyəcəksiniz. Hər an “pis” davranışa, axına qarşı hərəkət etdiyinizə görə "cəza" olaraq pulunuz bloklana və ya əlinizdən alına bilər. Bir sözlə, ağaların adi bir qulu ola bilərsiniz. Bu halda feodalizm müqayisə üçün parkda gəzmək kimi görünə bilər...

Təəccüblü deyil ki, ÜST-nin baş direktoru doktor Tedros bir neçə gün əvvəl belə söylədi: “Rəqəmsal pul istiqamətində hərəkət etməliyik, çünki fiziki kağız və sikkə pulları xəstəlikləri, xüsusilə də koronavirus kimi endemik xəstəlikləri yaya bilər”...

Bu, gələcək olayların müjdəçisidirmi? Yoxsa bunlar artıq yanımızdadır? Bir çox Skandinaviya ölkəsində nağd pul, ümumiyyətlə, qadağandır və hətta bir plitka şokolad yalnız elektron şəkildə ödənilə bilər...

Dünyanın totalitar bir durumuna doğru irəliləyirik. Bu, “ID2020” proqramının gündəliyinin bir hissəsidir. İndi həyata keçirilməli olan bu addımlar uzun müddət hazırlanmış, o cümlədən Ümumdünya İqtisadi Forumu və Bill və Melinda Geyts Fondu tərəfindən maliyyələşdirilən 18 oktyabr 2019-cu il tarixdə Baltimor şəhərindəki “Johns Hopkins” Tibb Mərkəzində koronavirusun kompüter modelləşdirilməsindən istifadə edilmişdir. Hər kəs üçün, xüsusən də Afrikada peyvəndləşmənin əsas tərəfdarlarından biri olan Bill Geyts də əhalinin azalmasının önəmli bir müdafiəçisidir. Əhalinin azaldılması DİF elitasının, Rokfellerlərin, Rotşildlərin, Morqanların və digərlərinin hədəflərindən biridir. Məqsəd Ana Yerin səxavətlə təklif etdiyi, amma getdikcə azalan və məhdud resurslar səbəbindən azsaylı dünya elitasının daha uzun və daha yaxşı yaşaması üçün insanların sayını azaltmaqdır…

(Davamı var)

Sultan Laçın

 

Mənbə: moderator.az