Ağıllı saat bazarının satış həcmi 100 milyon dollardan çox olacaq

Ağıllı saat bazarının satış həcmi 100 milyon dollardan çox olacaq

2024-cü ilə qədər ağıllı saat bazarının satış həcminin 108 milyon dolları aşacağı təxmin edilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, koronavirus pandemiyasına görə, ağıllı saat bazarında durğunluq yaşansa da, virusdan sonra onlara ciddi ehtiyac duyulacağı təxmin edilir. Aparılan araşdırmalara görə, qiymət artımı nəticəsində ağıllı saat bazarının gəlir həcmi 14,5 % artacaq.

Hesabatlara görə, 2018-ci ildə şirkətin satış həcmi 43,87 milyon dollar olub.

Bazardakı artımın isə insanların sağlamlıq və fitnes ehtiyaclarından qaynaqlandığı bildirilib.

Milli.Az

Mənbə: news.milli.az