Koronavirusdan sağalanların qanı antivirusdur - Rusiyada plazma ilə müalicə

Koronavirusdan sağalanların qanı antivirusdur - Rusiyada plazma ilə müalicə

Rusiyada koronavirusdan sağalanlar digər xəstələrin həyatını xilas etmək üçün plazma donoru olur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiya plazma müalicəsinə başlayıb.

Belə donorlardan biri Yekaterina Yankoviç olub.
Ona Səhiyyə Nazirliyindən zəng edərək, ona bildiriblər ki, qanında COVID 19-a qarşı antitel var və qan plazmasından digər xəstələrin sağalması üçün istifadə oluna bilər. Qadın bu xəbərə və təklifə sevinib.

" Mən evdə müalicə alıb sağalmışam, həkimlər video görüntü ilə hər gün 2 dəfə mənimlə əlaqə yaradırdılar. Əsas odur ki,XXI əsrdə tibbə inanaq, hansısa çay və ya göbələklə qiymətli vaxtı itirməyək. Heç bir xalq təbabəti vasitəsi etmədim".

Əgər sağalmış insanların antivirus hesab edilən qan plazması digər koronaviruslu xəstələrə müsbət təsir etsə, virusdan xilas olmaq mümkün görünür.

Milli.Az

Mənbə: news.milli.az