Xiaomi şirkəti yeni çərçivəsiz smartfon modelinin patentini əldə etdi

Xiaomi şirkəti yeni çərçivəsiz smartfon modelinin patentini əldə etdi

Keçən il Mi Mix Alpha smartfonunu təqdim etməklə Xiaomi şirkəti sübut etdi ki, o, unikal və innovasiyalı məhsullar hazırlamağı bacarır. Lakin əldə edilmiş nailiyyət ilə yetinməyərək şirkət mütəmadi olaraq yeni smartfon ideyalarını ərsəyə gətirir. Şirkət tərəfindən əldə edilmiş çoxlu sayda patent buna sübutdur. Xiaomi-nin əldə etdiyi son patentdə yeni çərçivəsiz smartfon modelinin dizaynı və interfeysi əks olunub. Bu barədə Gizchina saytı xəbər verib.

Şirkətin yeni patentində olan fotolardakı smartfonun ekranı ön paneli tamamilə əhatə etmək ilə yanaşı həmçinin sol və sağ hissələrdən 90 dərəcə qatlanmaq özəlliyinə də sahibdir. Bununla yanaşı patentdəki məlumatda qeyd edilib ki, bu smartfonun ön kamerası ekranın alt hissəsinə yerləşdirilib və aktiv olmadığı vaxtda onu görmək mümkün deyil. Xiaomi əsas diqqəti bu cür ekrana sahib smartfonun istifadəçi interfeysinə ayırıb.

Milli.Az

Mənbə: news.milli.az