Koronavirus tibbi maskada 7 sutka yaşayır – EHTİYATLI OLUN

Koronavirus tibbi maskada 7 sutka yaşayır – EHTİYATLI OLUN

Koronavirus parça materialında günlərlə yaşayır. Yeni virus xəstənin ağız suyu və öskürək damcıları ilə parça materiala da çökür.

Əgər digər insan bu zərrəciklər olan əşyaya toxunub, sonra əllərini göz, ağız və burnuna aparsa, potensial olaraq yoluxur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, tibbi Lancet dərgisində virusun daha çox hansı səthdə yaşadığı barədə araşdırmanın nəticəsi dərc olunub.
Dəhşətlisi odur ki, virus ən çox tibbi maska səthində yaşayır: 7 gün.

Alimlər virusun 21 dərəcə otaq temperaturunda ömrünü hesablayıblar. Virus kağız üzərində 3 saat sonra ölüb, taxta və parça üzərində 2 gün yaşayıb. Pulda və şüşədə 4 gün yaşayır. 7 gün isə plastik və tibbi maskada.

Ona görə də aktiv işləyənlər bir tibbi maskanı həmin gün atmalıdır və evə gətirməməlidir. Maskalar digər insanlar üçün real təhlükədir.

Milli.Az

Mənbə: news.milli.az