Mulliner Bacalar modeli üçün hazırladığı tərtibat variantlarını göstərib - FOTO

Mulliner Bacalar modeli üçün hazırladığı tərtibat variantlarını göstərib - FOTO

Bentley şirkəti özünün ən bahalı və nadir avtomobili olan Mulliner Bacalar rodsteri üçün nəzərdə tutulmuş tərtibat variantlarını nümayiş etdirib. Mulliner atelyesinin Coachbuilt proqramının ilk modeli 12 nüsxəlik tirajla buraxılacaqdır. Brkettaların hər biri müştərinin istəklərinə uyğun yaradılacaqdır - avtomobilin sahibi kuzov rəngini, xarici dekoru və salonun tərtibat materiallarını seçmək hüququnu əldə edəcəkdir.

"Hər biri özünəməxsus xüsusiyyətləri və məqsədi olan altı dizayn variantını yaratdıq, - rəng və tərtibat şöbəsinin müdiri Maria Mulder bildirib. - Onlar arasında ümumi cəhət fərdiləşdirmə səviyyəsi və yalnız Bacalar modeli üçün əlçatan olan detallara diqqətin olmasıdır".

Milli.Az autograph.az-a istinadən bildirir ki, hətta, kuzovun boyası təkmilləşdirilmələrin ciddiliyindən danışır: çalarlardan biri, sarı Flame Yellow, düyü qabığının külündən əldə edilən silikon dioksidinin dəmir oksidi ilə örtülmüş mikroskopik lövhəcikləridir. Buraya özünəməxsus haşiyıələrə, tikiş və basmanaxışlara malik olan məhdudiyyətsiz salon tərtibatı variantlarını da əlavə etmək olar.

Bacalar Clerkenwell tərtibatı (başlıq şəklindəki) "ilk Bentley avtomobillərinin yarışdığı Bruklands trekinin ruhunu canlandırır". Burada Moss Green və Cumbrian Green rənginə boyanmiş panellərin, Golden Oak dərisinin, seçilən Saddle tikişlərinin və Cheltenham tvidinin birləşməsi mövcuddur. Tərtibatın adı Londonun mərkəzindəki Klarkenuell rayonundan götürülmüşdür.

Bentley Mulliner Bacalar Fulton

Coğrafi adlandırma estafetini Kaliforniyadakı Menlo Parkın adını daşıyan The Menlo versiyasını davam etdirir. Bu versiyanı mavi kuzovuna və sarı haşiyələr, eləcə də qara rəngli salon sayəsində asanlıqla tanımaq olar.

 

Növbəti variant Şərqi İngiltərədəki torf bataqlıqlarından çıxarılan 5000 illik Riverwood ağacından hazırlanan dekorativ işləmələri və Lacquer Red rəngli kuzovu olan The Fulton (Çikaqodakı Fulton River rayonu) versiyasıdır.

The Fulton versiyasını The Greenwich ("Cricket Ball tünd qırmızı rəngli salonu olan New Grey boz rəngli kuzov" sxemi), Brickell (Atom Silver və Brunel) və nəhayət, nümayiş üçün hazırlanmış Yellow Flame rəngli kuzovu və parlaq qara dekoru olan The Randwick versiyası təqib edirlər.

Bentley Bacalar modelinin təchiz edilidyi 6.0-litrlik W12 biturbo mühərrikinin gücü 659 at qüvvəsinə (+ 24 a.q.) qədər artırılsa da, fırlanma anı 900 Nm olaraq qalıb. Güc aqreqatı 8 pilləli preselektiv "robot" və tam ötürmə sistemi ilə tandemdə çalışır. Aktiv stabilizatorları olan şassi adi Continental GTC modelindən irsən keçib.

Milli.Az

Mənbə: news.milli.az