Antirekord - Bu cihaz Huawei-yə 70 milyon dollar ziyan vurub

Antirekord - Bu cihaz Huawei-yə 70 milyon dollar ziyan vurub

Çinin texnologiya nəhəngi olan Huawei şirkəti "Huawei Mate Xs" smartfounun bir ay ərzində olan satışından 70 milyon dollar ziyan edib.

TED.az xəbər verir ki, bu haqda şirkətin biznes üzrə baş direktoru Yu Chengdong məlumat yayıb.

O, bildirib ki, yeni flaqmanların qiyməti bahadı, lakin həmin smartfonun qurğuları da olduqca bahdır: "Məsələn,P40 seriyalı smartfonların yalnız kamerası 100 dollardan daha baha başa gəlir".

İcraçı direktor qeyd edib ki, bəzi smartfonların satışı şirkətə ancaq ziyan vurub: "Huawei Mate X satışa çıxarıldığı gündən şirkət yalnız bu smartfondan 60 - 70 milyon dollar ziyan edib. Baxmayaraq ki, Huawei Mate Xs təxminən 24 min dollara satılır, yenə də bu şirkət üçün ziyandır. Çünki telefonun qurğuları qiymətindən bahadır".

"Şirkət sözügedən smartfonlarından gözlədiyi gəliri, yalnız "çevik ekran"ların qiymətləri uzulaşacağı halda əldə edəcək",-deyə o əlavə edib.

Mənbə: ted.az