“Kalaşnikov” AK-12 avtomatlarını vaxtından əvvəl Rusiya ordusuna çatdırıb

“Kalaşnikov” AK-12 avtomatlarını vaxtından əvvəl Rusiya ordusuna çatdırıb

“Kalaşnikov” odlu silah istehsalçısı Rusiya ordusuna AK-12 hücum avtomatlarının 2020-ci il üçün nəzərdə tutulan tədarükünü vaxtından əvvəl həyata keçirib. Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Kalaşnikov” şirkətinin icraçı direktoru Dmitri Tarasov məlumat verib.

O bildirib ki, şirkətdə artıq 2021-ci il üçün nəzərdə tutulan silahların istehsalına başlanılıb.

Xatırladaqki, “Kalaşnikov” şirkəti 2019-cu ilin aprelində 112.500 AK-12 hücum tüfəngini Rusiya Müdafiə Nazirliyinə çatdıracağını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az