Koronavirsun mutasiyaya uğramış tiplərinin yayılma xəritəsi - FOTO

Koronavirsun mutasiyaya uğramış tiplərinin yayılma xəritəsi - FOTO

Koronavirusun növbəti dəfə mutasiyaya uğradığı aşkarlanıb.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, əvvəllər koronavirusun iki formasının olduğu deyilirdisə, artıq bu virusun A və B tipindən əlavə tipləri də mövcuddur.

Araşdırmalar ötən ilin dekabrından bu ilin aprel ayına qədər aparılıb. Koronavirusun insanlarda göstərdiyi təsirləri araşdıran alimlər bu virusun dəfələrlə mutasiyaya uğraması qənaətinə gəliblər.

160 virus genomunu araşdıran alimlərin qənaətinə görə, Avstraliya və ABŞ-dakı xəstələrdə tapılan koronavirus Çin və Avropadakılara nisbətən daha çox yarasalarda aşkarlananla bənzərlik təşkil edir.

"COVID-19 virusunun ailə ağacını izləsək, onun sürətlə mutasiyaya uğradığını görərik", - Kembric Universitetinin professoru Dr Peter Forster söyləyib.

Bu barədə məlumatlar "Proceedings of the National Academy of Sciences" jurnalında dərc edilib.

Bəxtiyar Umarlı
Milli.Az

Mənbə: news.milli.az