Azərbaycandakı məktəblərin 85 faizi internet şəbəkəsinə qoşulub

Bakı. İlhamə İsabalayeva – Trend:

Ölkəmizdəki ümumi təhsil müəssisələrinin 85%-i Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Qeyd edilir ki, hesabat ilində 100-dən çox müəssisə ölkə üzrə internetə və ATŞ-ə qoşulub. Ümumilikdə şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələrinin sayı 3807-yə çatdırılıb. Şəbəkəyə qoşulmuş ümumi təhsil müəssisələri bütün şagirdlərin 93%-ni, pedaqoji heyətin isə 89%-ni əhatə edib.

İKT-nin təhsil prosesində tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, bu istiqamətdə həyata keçirilən tədbirlər intensiv davam etdirilib, təhsil müəssisələrinə 1100 ədəd proyektor, 9865 ədəd noutbuk, 450 ədəd elektron lövhə verilib, 30 ümumi təhisil müəssisəsi “Lego Education” təhsil robotları ilə, sağlamlıq imkanları məhdud 250 nəfər uşaq noutbukla təmin edilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İspaniyada koronavirusdan ölümlərin artım tempi azalıb

SONRAKI XƏBƏR

“Dünya və gənclər yeni şəraitdə” onlayn Forumu keçiriləcək