Milyarder koronavirusun bitəcəyi zamanı anons etdi: “Mayın sonunda...”

Milyarder koronavirusun bitəcəyi zamanı anons etdi: “Mayın sonunda...”

Milyarder Bill Qeyts koronavirusun bitəcəyi zamanla bağlı növbəti dəfə açıqlama verib.

O, CNBC telekanalına müsahibəsində COVİD-19 pandemiyasından əziyyət çəkən dünya əhalisinin may və ya iyunda normal həyata qayıda biləcəyini deyib. Bildirib ki, bu müddətdə hər şey qaydasına düşəcək, ancaq milyarder bunun hansı qaydada baş verəcəyini açıqlamayıb.

Qeyd edib ki, koronavirusla mübarizədə yeni diaqnostika metodu lazımdır: "Asiya ölkələri koronavirusa mübarizənin milli səviyyədə aparıldığına nümunə idi".

Qeytsin fikrincə, Amerikada tədris bu dərs ilində bərpa olunmayacaq. Ancaq gələn payızdan tədris normal məcrasına qayıdacaq. “Microsoft” yaradıcısının fikrincə, hələlik normal həyata qayıtmaq tezdir: "Böyük ictimai fayda verəcək davranışları müzakirə etmək lazımdır".

Bill Qeyts qeyd edib ki, onun fondu da peyvənd üzərində işləyir və proses 18 aya başa çatdırıla bilər: "Bu, ya 95 faiz effektiv olan terapevtik, ya da geniş yayılmış preparat olacaq".

Xatırladaq ki, Bill Qeyts xanımı Melinda ilə birlikdə koronavirusla mübarizəyə 100 milyon dollar ayırıb. “Twitter"in yaradıcısı Cek Dorsi isə daha əliaçıq davranıb. O, koronavirusla mübarizəyə milyard dollar ianə verib. Bu, onun sərvətinin üçdə biridir.

Xəzər
Cebhe.in

Mənbə: cebhe.info