Bill Qeyts koronavirusdan danışıb – 2021-ci ilin payızında...

Bill Qeyts koronavirusdan danışıb – 2021-ci ilin payızında...

Microsoft-un qurucusu Bill Qeyts dünyanı təsiri altına alan koronavirusla bağlı açıqlama verib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, ABŞ-da PBS televiziyasına danışan milyarder pandemiyanın təsirinin uzun müddət davam edəcəyini vurğulayıb.

B.Qeyts həyatın 2021-ci ilin payızında normala dönəcəyini bildirib. O, koronavirus peyvəndi hazırlamaq və buraxmaq üçün ən azı bir il lazım olacağını qeyd edib.

Mənbə: olaylar.az