Hər 20 ildə bir dəfə... – Bill Qeytsdən koronavirusla bağlı DƏHŞƏTLİ PROQNOZ

Hər 20 ildə bir dəfə... – Bill Qeytsdən koronavirusla bağlı DƏHŞƏTLİ PROQNOZ

“Microsoft”un qurucusu və qlobal güclərə yaxınlığı ilə seçilən Bill Qeyts koronavirusla bağlı təhlükəli proqnoz verib.
Publika.az xəbər verir ki, Qeyts hər 20 ildən bir dünyada koronavirusa bənzər epidemiyaların yayılacağını bildirib.
“Financial Times” nəşrinə danışan Qeyts əvvəlki illərdə epidemiyaların bəşəriyyətin ən böyük problemi olduğunu deyib.
“Koronavirus insanların yaşadığı ən böyük hadisədir. Bu epidemiyadan dövlətlər dərs götürəcək. Bununla öncədən xəbərdarlıq verən sistemlər də həyatımıza daxil olacaq. Əgər qabaqlayıcı tədbirlər əvvəlcədən görülsəydi, bu gün trilyonlarla dollar xərcləməyə lüzum qalmayacaqdı”, - o bildirib.
Qeyts öncədən xəbərdarlıq verən sistemlər dedikdə, insan bədəninə yerləşdiriləcək çipləri nəzərdə tutur. Məlumatlara görə, Bill Qeyts Fondu uzun illərdir viruslara qarşı çiplərin hazırlanması üzərində işləyir. Lakin bununla bağlı əks iddialar da var. Belə ki, bədəninə çip yerləşdirilmiş insanı hərəkətlərindən tutmuş hisslərinə qədər idarə etmək mümkündür, həmçinin, kənardan çipə ötürülən əmrlə həmin şəxsə istənilən şeyi etdirmək olar. Koronavirusun yayılmasından sonra bu haqda çox müzakirələr aparılır.

Asif

Mənbə: publika.az