Koronavirus pandemiyası alnımıza 18 rəqəmli ştrix-kod  yazılmasına yol açır?..

“İnsanlar haqqında bütün məlumat bazası “Mossad”ın nəzarətindəki mərkəzdə toplanacaq...”

ÜST-nin embleminə baxaq: mərkəzdə Musanın ilanı var və yanlardakı hər sünbüldə 13 sünbül - 13 yəhudi qəbiləsi... Dairədə sanki planet 33 sektora bölünüb - 33 dərəcəlik masonluq...

Bundan əlavə, dünya üzrə peyvənd etməyi tövsiyə edən ÜST Məşvərət Komitəsi isə peyvənd istehsal edən dərman şirkətlərinin nümayəndələrindən ibarətdir !!.

Əgər koronavirus pandemiyasına qarşı kütləvi peyvəndləmə başladılsa, bunun ardınca nə baş verəcək? Həmin peyvəndlərlə bərabər bədənlərimizə nano-çiplər yerləşdirilə bilərmi?

 

Bu ilin yanvarında Davosda bağlı qapılar arxasında müzakirə olunmuş “İD-2020” proqramının mahiyyəti nədən ibarətdir?

 

ÜST-nin koronavirusu pandemiya elan etməsi əsaslı oldumu?..

Bu və ya digər suallara cavab tapmaq üçün Moderator.az tanınmış Amerika iqtisadçı və geosiyasi analitiki, Kanadada yerləşən Qloballaşdırmanın Öyrənilməsi Mərkəzininn (Centre for Research on Globalization [CRG] ) elmi əməkdaşı, Ümumdünya Bankının keçmiş mütəxəssisi Piter Köninqin “ABŞ-ın ölümcül “COVİD-19” silahı: Dünya əhalisinin azaldılması planı və “İD-2020”” adlı məqaləsindəki vacib epizodalrın tərcüməsini diqqətinizə çatdırır:

(Əvvəli burada:

https://www.moderator.az/news/319201.html)

Dünyada insan sayının azaldılması siyasətini ABŞ-da Nikson administrasiyasının dövlət katibi, Vyetnam müharibəsi mühəndislərindən biri və Kambocanın yarı qanuni bombalanmasına, milyonlarla silahsız Kamboca soyqırımına görə cavabdeh olan Henri Kissincer hələ 1960-1970-ci illərdə açıq şəkildə təbliğ edib. 11 sentyabr 1973-cü ildə demokratik yolla seçilmiş Salvador Alyendenin öldürüldüyü və hərbi diktator Pinoçetin hakimiyyətə gətirildiyi zaman “CIA”(MKİ)-nin Çilidə təşkil etdiyi dövlət çevrilişi ilə birlikdə Kissincer dgər müharibə cinayətləri də edib. Bu gün isə o, Rokfellerlər və onların “Bilderberq” Klubunun nümayəndəsidir…

Adları çəkilən və çəkilməyən yeraltı güclərin nümayəndələrinin iştirakıyla 65 milyon ölüm (!) “istehsal” edən (yəni imitasiya edən) ABŞ-ın Baltimor şəhərindəki “Johns Hopkins” Tibb Mərkəzindəki kompüter simulyasiyasından iki həftə sonra “COVID-19” virusu ilk dəfə Uhanda ortaya çıxdı… Və bu anda virusun Uhana kənardan, çox güman ki, ABŞ-dakı bioloji bir döyüş laboratoriyasından gətirildiyi məlumdur…

Bəs bədnam “ID-2020” proqramı nədir? Bu, BMT agentlikləri və vətəndaş cəmiyyətləri də daxil olmaqla dövlət-özəl tərəfdaşların ittifaqıdır. Rəqəmsal identifikasiya üçün bir platforma olaraq ümumi aşılanmadan(peyvəndləşmədən) istifadə edən bir elektron identifikasiya proqramıdır. Proqram körpələri portativ və möhkəm biometrik cəhətdən əlaqəli rəqəmsal identifikasiya ilə təmin etmək üçün mövcud doğum qeydiyyatı və peyvənd əməliyyatlarından istifadə edir…

PİQA - Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyans – veb-saytında özünü hamı üçün immunitet üzərində çalışan dövlət və özəl sektor təşkilatları ilə səhiyyə sahəsində qlobal tərəfdaşlıq olaraq tanıdır. ÜST də PİQA-nı dəstəkləyir və təbii ki, dərman şirkətləri onun əsas tərəfdaşları və sponsorlarıdır…

“ID-2020” alyansı 2019-cu ilin sentyabr ayında Nyu-Yorkda "Yaxşı identifikasiyaya keçid" adlı 2019 zirvəsində öz proqramını 2020-ci ildə həyata keçirməyə qərar verdi. Və həmin qərar 2020-ci ilin yanvar ayında Davosda DİF tərəfindən təsdiqləndi. Və onların rəqəmsal şəxsiyyət tanıma proqramı Banqladeş hökuməti üzərində sınaqdan çıxarılmağa başlanıb…

“ID-2020”-nin tətbiqinin ÜST-nin koronavirusu pandemiya adlandırması ərəfəsində başlanması təsadüfdürmü? Yoxsa bir neçə pozucu “ID-2020” proqramını “başlatmaq” üçün bir pandemiya lazımdırmı?..

Banqladeşdəki “İD-2020” hökumət proqramının siyasi məsləhətçisi Anir Çoudhuri deyir:

“Mövcud sistem və proqramları yaradarkən insanlara şəxsi məlumatlarına nəzarət etmək imkanı verən rəqəmsal identifikasiya mövzusunda uzaqgörən bir yanaşma təqdim edirik. Banqladeş hökuməti rəqəmsal identifikasiya sistemlərinin inkişafının insanların xidmət və dolanışıq əldə etmələrinə müsbət təsir göstərdiyini qəbul edir və biz bu yanaşmanı həyata keçirməkdə qərarlıyıq.. "

Banqladeşdəki kimi belə “uzaqgörənlikik” və “qərarlılıq” bu gedişlə tezliklə digər ölkə hökumətlərinə də sirayət edəcək…

İqtisad elmləri doktoru, Rusiya İqtisad Elmləri və Sahibkarlıq Akademiyasının müxbir üzvü, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Maliyyə İnstitutunun professoru Valentin Katasonov da koronavirus “pandemiya”sının arxasında dayananlardan birinin Bill Geyts olmasında israrlıdır. O, bu il martın 25-də dərc etdirdiyi “COVİD-19-un arxasında Bill Geyts dayanır, yaxud vaksinlərdən qorxun!” adlı araşdırma məqaləsində yazır:

“2020-ci ilin yanvar ayında illik Davos Sammitində DİF “ID-2020” proqramını dəstəklədi və bağlı qapılar arxasında iştirakçılar “John Hopkins” Tibb Mərkəzindəki 65 milyon insanın ölməsini əks etdirən kompüter simulyasiyasının nəticələri ilə tanış oldular. Hamısının bir anda bir araya gəlməsi necə də heyrətli oldu! Bu cür təsadüflərə inanmaq çətindir: Davosda zirvə görüşünün keçirildiyi bir vaxtda Çinin Uhan şəhərində “COVID-19” virusu pandemik atəşinin alovları alovlanmağa başladı...

İndi "Koronavirus Pandemiyası" adlı dramatik bir tamaşanın növbəti aktını gözləyəcəyik. Bəşəriyyətin "xilaskarları" əllərində peyvəndlə göründüyü məqamı... Əminəm ki, belə bir peyvənd onsuz da var və özünün səhnəyə çıxmasını gözləyir. Ancaq bu peyvəndi “pul sahiblərinin” “Trojan atı” adlandırmaq daha doğru olar…"

“İD-2020” identifikasiya- şəxsiyyətitanıma proqramının son hədəflərini daha aydın təsəvvür etmək üçün hələ 2016-cı il sentyabrında Moderator.az-da təqdim etdiyimiz “Alnımıza yazılacaq 18 rəqəmli ştrix-kodun MÜDHİŞ SİRRİ...” sirri məqalənin əsas məqamlarını bir daha nəzərinizə çatdırmağı lazım bildik:

“Əgər yer üzündə gedən prosesləri beynəlxalq aləmlə yanaşı, həm də özümüz və ətrafımızın nümunəsində diqqətlə izləsək, görərik ki, hər şey məhz "vahid imperiya"ya doğru gedir. Birbaşa Amerika, İsrail və Avropadan idarə edilən total nəzarət mərkəzləri formalaşmaqdadır. Bir sıra ölkələrdə biometrik şəxsiyyət vəsiqələri, universal elektron kartlar buraxılıb. Bütün bank, nəqliyyat və s. kartlardan da eyni məqsədlə istifadə edilir. Elektron kartların və biometrik pasportların tətbiqinə artıq Almaniya və Rusiyada etiraz edən qüvvələr var...

“Bilderberq” klubunun əmri ilə ABŞ və bəzi digər ölkələrdə kütləvi çipləşdirmə başladılıb...

Dünya bankir imperiyası onu da bilir ki, insan bəzən nəzarətdən yayınmaq üçün, yaxud təsadüfən vəsiqə və kartları üzərində daşımaya, telefon və ya kompüter işlətməyə bilər. Odur ki, daha etibarlı olan elektron çiplərin tədricən hər bir yer sakininin dərisi altına yerləşdirilməsi haqda göstəriş verilib. Son məlumatlara görə, bu əmri Rokfellerlərin başçılıq etdiyi Bilderberq klubu 2008-ci ilin iyun toplantısında verib. Araşdırmalarımız sayəsində bu mövzuda yeni-yeni məlumatlar əldə etməkdəyik”¦

2030-cu ildə ümumdünya çipləşdirmə kampaniyası başa çatmalıdır...

Rusiyada universal elektron kartının tətbiqi əleyhinə koordinasiya komitəsinin rəhbəri Qalina Sarevanın verdiyi məlumata görə, hələ 2000-ci ildə məşhur milyarder, “San Maykrosistems” kompaniyasının lideri Bill Coy super oliqarxiyanın 2030-cu ilədək dünya əhalisinin hamısını çipləşdirməyi başa çatdırmaqla insanları sözün həqiqi mənasında elektron köləyə çevirməyi nəzərdə tutan proqramları barədə danışıb. Artıq ABŞ, Braziliya, Meksika, İsveç, Rusiya kimi ölkələrdə müxtəlif bəhanələrlə, xüsusən pasientlərin sağlamlığına nəzarət adıyla kütləvi çipləşdirmə kampaniyasına start verilib. Çipləşdirmə - insanın sağlamlığı, həyat və düşüncə tərzi, yerdəyişmələri, fəaliyyəti, peşəkar məşğuliyyəti və s. üzərində tam, sutkaboyu texniki elektron nəzarətin həyata keçirilməsidir. Bu, insanlığın gizli soyqırım növlərindən biridir. 2001-ci ilin iyunundan ABŞ-da imlantant çiplərin kütləvi istehsalına başlanılmışdır. 2002-ci ildə ABŞ-da ilk dəfə insan bədəninə çip yeridilmişdir. 2004-cü ildə isə artıq çipləri istehsal edən kompaniya Rusiyada da fəaliyyətə başlamışdır.

İnsanlar haqqında bütün məlumat bazası “Mossad”ın nəzarətindəki mərkəzdə toplanacaq...

Bütün ölkələrdəki insan haqqında məlumatlar əsasən “Mossad” tərəfindən idarə edilən, amma ABŞ-da yerləşən “VeriChip” kompaniyasının bazasına ötürüləcək. Həmin mərkəzdən çip vasitəsilə insanın beyninə müxtəlif siqnallar və elektromaqnit dalğaları göndərərək onun əhval-ruhiyyəsini, fikir və davranışlarını istədikləri kimi dəyişə, hətta xəstələndirə biləcəklər...”

(Davamı var)

Sultan Laçın

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus bəzi MDB dövlətlərinin Rusiyadan asılılığını artıracaq – PROQNOZ!

SONRAKI XƏBƏR

“Gec-tez insanların çoxu bu virusa yoluxacaq və immunitet yaranacaq...” – tanınmış həkim-psixoloq