Bu əməliyyat sisteminin istifadəçiləri tətbiqlərdən yükləmədən yararlanacaqlar

Bu əməliyyat sisteminin istifadəçiləri tətbiqlərdən yükləmədən yararlanacaqlar

Apple-ın yeni iOS 14 əməliyyat sistemi bir çox xüsusiyyətləri ilə istifadəçilərin marağına səbəb olub.

TED.az xəbər verir ki, bu əməliyyat sisteminin istifadəçiləri tətbiqləri yükləmədən də istifadə edə bilərlər. Bunun üçün iPhone istifadəçiləri QR koddan yararlanacaqlar. Hansı xüsusiyyətlərin yüklənmədən istifadəsinə isə tətbiqlərin rəhbərləri qərar verəcəklər.

Qeyd edək ki, Apple iOS 14 əməliyyat sisteminin təqdimatını iyunda keçirməyi planlaşdırır.

Mənbə: ted.az